Milli komandamız DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah növbəti oyununa çıxacaq. Bu dəfə yığmamızı səfərdə Şimali İrlandiya ilə çətin matç gözləyir. Amma millimiz bu oyunda da uğurlu çıxışını davam etdirmək istəyir.
Sportal.az saytına açıqlama verən “Qarabağ”ın akademiyasının mütəxəssisi Samir Musayev millinin qarşıdakı oyunuyla bağlı bunları dedi:
“Son oyunlara baxanda bir az ümidliyik. Qazanılan xallar futbolçularda da özünəinam hissi yaradıb. Hər bir rəqibə qarşı oynamaq olar, həmçinin də Şimali İrlandiyaya. Qorxaq futbol oynasaq, bizə çətin olacaq. Mənə elə gəlir ki, irəli çıxsaq, biz daha rahat oynaya bilərik. Ümid eləyirəm ki, yaxşı nəticə ilə qayıdarıq. Əvvəl futbolla çox adam maraqlanmırdısa, millinin son oyunlarından sonra maraq artıb.
Rəşad Sadıqovun yoxluğu böyük itkidi. Çünki Rəşad təcrübəsi hesabına müdafiədə hamını idarə eləyir, lider kimi komandanı arxasınca aparır. Onun mövqeyində kim şıxış edəcəksə, çox məsuliyyətli olmalıdı”.
saytlarin hazirlanmasi