Antalyada danışılmış oyunlar - Saxtakar hakimlər

12:15 - 27 Yanvar 2017

Qış fasiləsində Antalya və Cənubi Kiprdə keçirilən bəzi yoxlama görüşləri ilə bağlı araşdırma başladılıb.

 

Sportal.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb. İddiaya görə, "Astra", "Botoşani", "Kluj", "Pandurii" komandalarının iştirakı ilə keçirilən oyunlarda 4 rumıniyalı hakim saxta Türkiyə, Serbiya və Bolqarıstan pasportları ilə idarəçilik edib. Maraqlıdı ki, bunlardan üçü hakimlik karyerasını başa vuranlardı.

 

Danışılmış oyunların qarşısını alan "Federbet" şirkəti adıçəkilən komandaların oyunları zamanı bukmeker kontorlarında canlanmaya şahidlik edib. Son 9 gündə keçirilən 5 yoxlama matçı bu səbəbdən şübhəli bilinir.


Misal üçün, 22 yanvarda keçirilən "Astra" - "Ural" (Rusiya) matçının ilk hissəsi 1:1 hesabı ilə başa çatsa da, sonda birincilər qələbəyə sevinən tərəf olub - 4:2. İş burasındadı ki, oyunun gedişi zamanı matçın 3,5 üst bitəcəyi ilə bağlı əmsal artıb və sonda belə bir nəticə qeydə alınıb. Daha sonra "Astra" Polşanın "Poqon" klubuna 1:3 hesbaı ilə məğlub olub. Maraqlıdı ki, hesab 0:0 olarkən matçın baş hakimi polşalıların qapısına penalti təyin edib. Ancaq Sapunaru bundan qapıçıya ötürmə kimi istifadə edib. Hakim penaltinin yenidən vurulmasını tələb edib. Bu dəfə isə Daniel Nikulae topu kənara vurub.  

 

Cənubi Kiprdə keçirilən "Kluj" - "Ufa" matçının ilk hissəsinə isə 7 dəqiqə əlavə edilib. Maraqlıdı ki, matçın baş hakimi 45+3-cü dəqiqədə rumınların xeyirinə penalti təyin edib. "Federbet"in araşdırmasına görə ilk hissə rumınların 0,5 top fərqli qələbəsi ilə başa çatmalı imiş. Oyunu şərh edən rusiyalı şərhçi isə həmin anları belə xatırlayır: "Mən belə komediya görmədim"

 

Bundan başqa “Botoşani” – “Amkar”, “Panduri” – “Krılya Sovetov” matçlarının nəticəsi də şübhəli bilinir.

 

Xəbər xətti