“Qalatasaray”ın yeni transfer hədəfi bəlli olub.
Sportal.az “Tuttosport”a istinadən xəbər verir ki, “cim-bom” “Milan”ın futbolçusu Kristian Pulişiç üçün hərəkətə keçib.
Türkiyə çempionu 28 yaşlı futbolçunu qışda heyətinə qatmaq niyyətindədir. Əslində, “Qalatasaray” onun keçidini bu yay həll etmək istəyib.
Lakin sonda transfer məsələlərini qışa saxlayıb. Pulişiçin “Milan”la müqavilə müddəti 2027-ci il iyunun 30-na qədərdir. ABŞ milli komandasının üzvü “Borussiya”(Dortmund), “Çelsi” klublarında oynayıb.
