"Qarabağ"ın braziliyalı futbolçusu Ryenaldonun Türkiyənin "Adanaspor" klubuna keçidi rəsmiləşib.
Sportal.az xəbər verir ki, 27 yaşlı hücumçu Super Liqa təmsilçisi ilə 2,5 illik müqavilə imzalayıb. Bu barədə məlumatı "Adanaspor"un prezidenti Bayram Akgül şəxsi "twitter" hesabında verib.
Qeyd edək ki, "Adanaspor" Reynaldoya görə "Qarabağ"a 500 min avro ödəyib.

