"Qarabağ"ın sabiq futbolçusu Adana klubunda

00:44 - 28 Yanvar 2017

“Qarabağ”ın sabiq futbolçusu Leroy Corc klubunu dəyişməyə hazırlaşır.

 

Sportal.az xəbər verir ki, Surinam əsilli futbolçu hazırda şərəfini qoruduğu “Göztəpə” klubundan ayrılmaq üzrədir.

 

Türkiyə mətbuatının yaydığı xəbərə görə, 29 yaşlı futbolçu digər I təmsilçisi “Adana Dəmirspor”la anlaşıb. Onun yaxın günlərdə Adana təmsilçisi ilə 1,5 illik müqavilə imzalayacağı gözlənilir.

 

Qeyd edək ki, Leroy Corc 2013-15-ci illərdə “Qarabağ”da çıxış etmişdi. O, Ağdam klubunun heyətində keçirdiyi 59 oyunda 9 qolla yadda qalmışdı.

 

Xəbər xətti