Cahangir Hacıyevin şikayəti təmin edilmədi

12:38 - 14 Mart 2017

Bu gün Ali Məhkəmədə Beynəlxalq Bankın keçmiş sədri, “İnter” klubunun sabiq fəxri prezidenti Cahangir Hacıyevin kassasiya şikayətinə baxılıb.

 

Sportal.az xəbər verir ki, hakim Fərhad Kərimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Bakı Apellyasiya Məhkəməsinin prosesin istintaqsız keçirilməsi barədə qərarından verilən şikayət təmin edilməyib.

 

Cahangir Hacıyev 15 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən apelyasiya şikayəti verilib.

Xəbər xətti