"Arsenal"ın heyətində ciddi itki baş verib.
Sportal.az xəbər verir ki, London təmsilçisinin qapıçısı Petr Çex zədələnib. Çexiyalı qolkiper İngiltərə Premyer Liqasının 30-cu turunda "Mançester Siti" ilə oyunu buraxacaq.
Buna səbəb onun "Vest Bromviç"ə qarşı matçda (1:3) zədə almasıdır. Təcrübəli "əlcək sahibi"nin nə zaman yaşıl meydeanlara qayıdacağı hələ müəyyənləşməyib.
Qeyd edək ki, "Arsenal" - "Mançester Siti" görüşü aprelin 2-i keçiriləcək.
saytlarin hazirlanmasi