“Real”ın futbolçusu İsko karyerasını “Barselona”da davam etdirə bilər.
Sportal.az xəbər verir İspaniya millisinin üzvü gələn mövsümün sonunda azad agent kimi Katoloniya təmsilçisi ilə müqavilə imzalaya bilər.
“Barselona”ya yaxın mənbələrin yaydığı xəbərə görə, klub rəhbərliyi bu mövsümün sonunda təcrübəli yarımmüdafiəçi üçün 20 milyon avroluq təklif irəli sürməyə hazırlaşır. Ancaq “kral klubu” bu təklifi qəbul etməsə, transfer mövsümün sonunda baş tutmayacaq.
Lakin bu, İskonun “Barselona”ya keçməməsi demək deyil. Çünki futbolçu gələn mövsümün sonunda “Real”la başa çatacaq müqaviləsini yeniləmək niyyətində deyil. Bu isə o deməkdir ki, “Barselona” rəhbərliyi bir mövsüm gözləsə, yarımmüdafiəçini pulsuz heyətinə qata bilər.
Maraq üçün bildirək ki, İsko daha çox oynamaq üçün “Real”ı tərk etmək niyyətindədir.
saytlarin hazirlanmasi
