"Mançester Siti" cərimələndi

00:03 - 28 Mart 2017

İngiltərə Futbol Assosiasiyası (İFA) “Mançester Siti”ni cəzalandırıb. 

 

Sportal.az xəbər verir ki, buna “şəhərlilər”in futbolçularının İngiltərə Premyer Liqasının 29-cu turu çərçivəsində “Liverpul”a qarşı ev oyununda etdiyi hərəkət səbəb olub. Belə ki, qapılarına penalti təyin edilən Mançester təmsilçisinin üzvlərinin kəskin etirazı assosiasiya tərəfindən 35 min funt-sterlinq dəyərində cəzayla qiymətləndirilib. Bu barədə məlumatı İFA-nın saytı yayıb.
 
Qeyd edək ki, “Mançester Siti” - “Liverpul” oyunu 1:1 hesablı bərabərliklə nəticələnmişdi.

Xəbər xətti