Azərbaycan – Almaniya matçının ən yaxşısı müəyyənləşdi

17:50 - 28 Mart 2017

Almaniya millisinin fan-klubu DÇ-2018-in seçmə mərhələsinin Azərbaycan - Almaniya oyununun (1:4) ən yaxşı futbolçusunu müəyyənləşdirmək üçün sorğu keçirib.

 

Sportal.az xəbər verir ki, sorğunun nəticəsinə əsasən, Andre Şürrle sözügedən görüşün ən yaxşı oyunçusu seçilib. O, səslərin 44.1 faizini toplayıb. Mario Qomes ikinci (16 faiz), Yonas Hektor üçüncü (9.3 faiz) olub.

 

Qeyd edək ki, Şürrle millimizlə oyunda dubla imza atıb.

Xəbər xətti