İbrahimoviç gələcəyi ilə bağlı danışdı

19:54 - 29 Mart 2017

İsveç millisinin sabiq üzvü Zlatan İbrahimoviçin növbəti mövsüm hansı komandada oynayacağı dəqiqləşib.

 

Sportal.az xəbər verir ki, İbra hal-hazırda formasını geyindiyi “Mançester Yunayted”lə yeni müqavilə imzalayacaq.

 

Bu jurnalistlərə açıqlamasında məşhur hücumçu özü deyib. O bildirib ki, hazırda Mançester təmsilçisi ilə yeni müqavilə şərtləri haqda danışıq aparır: “Mançester Yuanyted”lə yeni müqavilənin detallarını müzakirə edirik. Hamı bilir ki, mən başladığım işi heç vaxt yarımçıq qoymamışam. Gələn mövsüm də “Mançester Yunayted”dəyəm”.

 

Qeyd edək ki, 35 yaşlı futbolçu mövsüm əvvəlindən “qırmızı şeytanlar”ın uğurları üçün çalışır. O, hazırda komandanın ən sərrast futbolçusudur.

Xəbər xətti