Şotlandiyalı futbolçu millimizdə oynayacaq?

12:14 - 3 Aprel 2017

Şotlandiyanın “Sent-Conson” klubunun futbolçusu Devid Ueterspunun Azərbaycan millisində oynayacağı ilə bağlı  xəbərlər yayılıb.

 

Sportal.az xəbər verir ki, adıçəkilən ölkənin mətbuatı bu haqda iddia yayıb. 27 yaşlı futbolçu isə açıqlamasında yayılan xəbərlərin həqiqət olmadığını deyib:

 

"Yazılanlara görə mənim anam azərbaycanlıdır. Amma belə məlumatlar həqiqət deyil. Bunu kim yayıb,   bilmirəm. Mən Azərbaycan üçün uyğun deyiləm. Çünki anam Kanadadandır”.

 

Qeyd edək ki, Devid Şotlandiyanın  18, 19 və 21 yaşlılardan ibarət millilərində forma geyinib.

Xəbər xətti