"Lion"un kapitanı İtaliyaya üz tutdu

18:10 - 1 İyul 2017

"Lion"un kapitanı Maksim Qonalon karyerasının İtaliya A seriyasında davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "Roma"ya transfer olunub. Bu keçidə görə "canavarlar" 5 milyon avrosundan keçib.

 

Qeyd edək ki, Qonalon ötən mövsüm 45 matçda çıxış edib və 1 qol vurub, 3 assistlə yadda qalıb.

Xəbər xətti