Müqavilə ilə İtaliyanın "Roma" klubuna məxsus olan hücumçu Seydu Dumbiya özünə yeni iş yeri tapıb.
Sportal.az xəbər verir ki, 29 yaşlı futbolçu bundan sonra Portuqaliyanın "Sportinq" klubunda forma geyinəcək. Bu barədə məlumatı Lissabon klubunun rəsmi saytı yayıb. Məlumatda bildirilir ki, Dumbiya "Sportinq"də 1 il icarə əsasında çıxış edəcək.
Ötən mövsümü icarə əsasında "Bazel"də keçirən və 25 oyunda 20 qola imza atan kot-d-ivuarlı forvardın yeni klubuna hansı şərtlərlə keçdiyinə dair məlumat verilmir.
saytlarin hazirlanmasi
