İtaliyanın “Milan” klubundan ayrılan Andrea Polinin yeni iş yeri müəyyənləşib.
Sportal.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi karyerasını “Bolonya”da davam etdirəcək. Bu barədə məlumatı klubun saytı yayıb. Məlumatda futbolçuyla 4 illik müqavilə bağlandığı qeyd edilib.
Poli karyerası ərzində “Trevizo”, “Sampdoriya”, “Sassuolo” və “İnter”in şərəfini qoruyub. O, 2013-cü ildən “Milan”ın uğurları üçün çalışırdı. Poli 2012-ci ildən şərəfini qoruduğu İtaliya millisində 5 oyun keçirib, 1 qol vurub.
saytlarin hazirlanmasi
