"Lex"in futbolçusu Premyer Liqa klubunda

18:18 - 2 İyul 2017

İngiltərə Premyer Liqasında mübarizə aparan "Sauthempton" heyətini gücləndirib. Komanda "Lex"in polşalı müdafiəçi Yan Bednareki rənglərinə qatıb.

 

Sportal.az xəbər verir ki, 21 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Gənc futbolçunun transferi üçün 5 milyon funt-sterlinq xərclənib.

 

Qeyd edək ki, Bednarek son mövsümdə "Lex"in heyətində 34 oyunda meydana çıxıb, 1 qol vurub.

Xəbər xətti