"Valensiya" Qazaxıstan "Astana"sından futbolçu transfer edib.
Sportal.az xəbər verir ki, La Liqa təmsilçisi Nemanya Maksimoviçi heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı serbiyalı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Serbiyanın müxtəlif yaş qrupları üzrə yığmalarında forma geyinmiş Nemanya ötən ildən ölkəsinin əsas millisinə dəvət alır.
saytlarin hazirlanmasi
