Con Terrinin yeni klubu müəyyənləşdi

13:44 - 3 İyul 2017

İngiltərə millisinin və Londonun “Çelsi” klubunun sabiq futbolçusu Con Terri karyerasını “Aston Villa”da davam etdirəcək.

 

Sportal.az xəbər verir ki, Birmingem klubu ilə ilə 1 illik müaqvilə bağlayan futbolçunun qazancı illik 3 milyon funt-sterlinq təşkil edəcək.

 

Qeyd edək ki, Terri “Çelsi” ilə 5 dəfə İngiltərə çempionu, 3 dəfə İngiltərə Kubokunun qalibi olub. O, 2012-ci ildə paytaxt təmsilçisi ilə Çempionlar Liqasını qazanıb.

Xəbər xətti