"Roma" yeni transferini təqdim etdi

17:36 - 3 İyul 2017

“Roma” heyətini yeni futbolçuyla gücləndirib.

 

Sportal.az xəbər verir ki, “canavarlar” “Lion”un yarımmüdafiəçisi Maksim Qonalonsu heyətinə cəlb edib. Bu barədə məlumatı paytaxt klubunun saytı yayıb.

 

Fransa millisinin üzvü ilə 4 illik müqavilə imzalanıb. “Roma” 28 yaşlı futbolçu üçün 5 milyon avro ödəyəcək. Futbolçu özü isə yeni klubunda illik 2,5 milyon avro qazanacaq.

Xəbər xətti