"Yuventus" "Real"ın futbolçusunu transfer etdi

18:33 - 3 İyul 2017

"Yuventus" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Turin təmsilçisi "Real"ın müdafiəçisi Danilonu heyətinə cəlb edib. Yaxın günlərdə tərəflər arasında rəsmi müqavilə imzalanacaq." Yuventus" braziliyalı futbolçu üçün "kral klubu"na 20 milyon avro ödəyəcək
 
Qeyd edək ki, "Real" Danilonu 2015-ci ildə "Portu"dan 31,5 milyon avroya alıb. O, Madrid klubunun heyətində 43 matçda meydana çıxıb.

Xəbər xətti