"Barselona"nın futbolçusu "Betis"də

19:08 - 3 İyul 2017

İspaniyanın "Barselona" klubunun sabiq forvardı Kristian Telyonun "Betis"ə transferi rəsmiləşib.

 

Sportal.az xəbər verir ki, o, yeni klubu ilə 5 illik müqavilə imzalayıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

 

Qeyd edək ki, "Espanyol"un yetirməsi olan Telyo 2010-cu ildən "Barselona"nın şərəfini qoyurdu. O, 2014-2016-cı illər aralığında "Porto"da, geridə qalan mövsümdə isə İtaliya "Fiorentina"sında icarədə oynayıb.

Xəbər xətti