"Monako" Hollandiya millisinin üzvünü transfer etdi

01:27 - 4 İyul 2017

"Monako" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, "knyazlıq" təmsilçisi "Feyenoord"un və Hollandiya millisinin müdafiəçisi Terenke Konqolonu transfer edib. 23 yaşlı müdafiəçi Fransa çempionu ilə 5 illik müqavilə imzalayıb. "Monako" gənc futbolçunun keçidi üçün Hollandiya klubuna 13 milyon avro ödəyəcək.

 

Qeyd edək ki, Konqolo ötən mövsüm "Feyenoord"un heyətində 23 qarşılaşmada iştirak edib. O, Rotterdam təmsilçisi ilə Hollandiya çempionu olub.

Xəbər xətti