“Fənərbaxça” növbəti transferini reallaşdırıb.
Sportal.az xəbər verir ki, İstanbul təmsilçisi “Malaqa”nın qapıçısı Karlos Kamenini heyətinə qatıb. Kamerun millisinin üzvü ilə 2+1 illik müqavilə imzalanıb. Təcrübəli qapıçının illik maaşı 2 milyon avro olacaq.
Qeyd edək ki, 33 yaşlı qolkiper son mövsüm La Liqada 35 oyuna çıxıb. Kameni "Malaqa"ya 2012-ci ildə "Espanyol"dan transfer edilmişdi.
saytlarin hazirlanmasi
