“Zirə”nin Avropa Liqasının II təsnifat mərhələsindəki potensial rəqibi “Astra” heyətinə yeni futbolçu cəlb edib.
Sportal.az xəbər verir ki, Rumıniya təmsilçisi Polşanın "Krakovya" klubunun müdafiəçisi Pyotr Polzçakı heyətinə qatıb. 30 yaşlı futbolçu ilə 2 illik müqavilə imzalayıb. Təcrübəli futbolçu Polşa millisinin sabiq üzvüdür.
Qeyd edək ki, "Zirə" birinci təsnifat mərhələsinin ilk görüşündə Bakıda "Differdanj"a 2:0 hesabı ilə qalib gəlib. Bu komandalar arasında cavab görüşü iyulun 6-ı Lüksemburqda keçiriləcək.
saytlarin hazirlanmasi
