"Everton" növbəti transferini rəsmiləşdirib.
Sportal.az xəbər verir ki, Liverpul təmsilçisi "Bernli"dən Maykl Kini heyətinə qatıb. 24 yaşlı müdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Bu transfer "Everton"a 30 milyon funt-sterlinqə başa gəlib.
Bu keçid "Everton"un tarixinin ən bahalı 2 transferindən biridir. Mersisayd klubu 30 milyon funt-sterlinqə Sanderlend"in qapıçısı Cordan Pikfordu da heyətinə qatmışdı.
Qeyd edək ki, Kin bu ildən İngiltərə yığmasına da dəvət olunur.
saytlarin hazirlanmasi
