Madrid “Real”ının futbolçusu Fabio Koentrau gələn mövsüm icarə əsasında “Sportinq”də çıxış edəcək.
Sportal.az xəbər verir ki, bu barədə Portuqaliya klubunun rəsmi saytı xəbər yayıb. Mövsümün sonunda Lissabon təmsilçisi 29 yaşlı müdafiəçini transfer etmək hüququna malik olacaq.
Qeyd edək ki, Portuqaliya millisinin üzvü ötən mövsüm “Real”da 6 oyunda iştirak edib.
saytlarin hazirlanmasi
