"Real" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Madrid təmsilçisi "Atletiko"nun futbolçusu Teo Hernandesi transfer edib. "Kral klubu"nun rəsmi saytından verilən məlumata görə 19 yaşlı müdafiəçi ilə 6 illik müqavilə imzalanıb.
Qeyd edək ki, gənc futbolçu son mövsümü icarə əsasında "Alaves"də keçirib. O, La Liqa təmsilçisinin heyətində 22 qarşılaşmada meydana çıxıb.
saytlarin hazirlanmasi
