"Arsenal" tarixinin ən bahalı transferini rəsmiləşdirdi

00:46 - 6 İyul 2017

"Arsenal" Aleksandr Lakazettin transferini rəsmi şəkildə açıqlayıb.

 

Sportal.az xəbər verir ki, London klubu "Lion"dan transfer etdiyi futbolçu ilə rəsmi imzalayıb. "Topçular" bu transferə görə 46,5 milyon funt-sterlinqindən keçib.

 

Belədə Lakazett Məsut Özilə məxsus rekordu qırmaqla "Arsenal"ın tarixində ən bahalı futbolçu olub. Londonlular Özili "Real"dan alarkən 42,4 milyon funt-sterlinq ödəmişdi.

Xəbər xətti