Renat Dadaşovun komandası "Napoli"dən futbolçu transfer etdi

18:56 - 6 İyul 2017

Milli komandamızın üzvü Renat Dadaşovun çıxış etdiyi Almaniyanın "Ayntraxt" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Frankfurt təmsilçisi İtaliyanın "Napoli" klubunun yarımmüdafiəçisi Conatan de Quzmanı sıralarına qatıb. Bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 30 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, hollandiyalı futbolçu son mövsümü icarə əsasında "Kyevo"da keçirib. O, meydana çıxdığı 27 matçda 3 qol vurmağı bacarıb.

Xəbər xətti