"Mançester Siti"dən ayrıldıqdan sonra bir müddət klubsuz qalan Qel Klişinin yeni komandası məlum olub.
Sportal.az xəbər verir ki, fransalı futbolçu karyerasını Türkiyədə davam etdirəcək. 31 yaşlı müdafiəçi "Başakşəhər" klubuna keçib.
Təcrübəli cinah müdafiəçisi İstanbul təmsilçisinə azad agent statusu ilə transfer olub.
Qeyd edək ki, Klişi 2003/11-ci illərdə "Arsenal"da, 2011/17-ci illərdə isə "Mançester Siti"də oynayıb. Qael 2008/13-cü illərdə Fransa millisinin də üzvü olub.
saytlarin hazirlanmasi
