"Trabzonspor" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, Qara Dəniz təmsilçisi "Milan"ın yarımmüdafiəçisi Yuray Kuçkanı rənglərinə bağlayıb. Klubun rəsmi saytından verilən məlumata görə, Slovakiya milli komandasının üzvü ilə 3 illik müqavilə imzalanıb. Türkiyə klubu 30 yaşlı yarımmüdafiəçinin keçidi üçün A Seriyası təmsilçisinə 5 milyon avro ödəyib.
Qeyd edək ki, Kuçka 2015-ci ildən "Milan"da çıxış edirdi. O, İtaliya klubunun heyətində meydana çıxdığı 59 qarşılaşmada 4 qolla yadda qalıb.

