PSJ müdafiəçi transfer etdi

00:53 - 8 İyul 2017

PSJ heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Paris təmsilçisi “Real Soseydad”ın müdafiəçisi Yuri Berçiçeni heyətinə qatıb. 27 yaşlı müdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

 

Qeyd edək ki, Berçiçe son mövsüm La Liqada 35 oyunda meydana çıxıb və 3 qol vurub. 

Xəbər xətti