"Yuventus"un futbolçusu "Valensiya"ya transfer oldu

12:26 - 8 İyul 2017

“Yuventus” qapıçısı Neto ilə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, 27 yaşlı qolkiper karyerasını “Valensiya”da davam etdirəcək. "Qoca sinyora" bu transfer üçün "yarasalar"dan 7 milyon avro təzminat alıb.

 

Neto yeni komandası ilə 4 illik müqavilə bağlayıb. Onu transfer etmək istəyən komanda isə 80 milyon avrosunda keçməlidir.

 

Qeyd edək ki, 27 yaşlı əlcək sahibi 2015-ci ildən "Yuventus"da çıxış edirdi.

Xəbər xətti