"Arsenal"ın futbolçusu Fransa klubunda

16:53 - 8 İyul 2017

Fransanın "Tuluza" klubu İngiltərə "Arsenal"ında çıxış edən hücumçu Yaya Sanoqonu transfer edib.

 

Sportal.az xəbər verir ki, tərəflər 2020-ci ilə qədər müqavilə imzalayıblar. 24 yaşlı fransız futbolçu 4 illik fasilədən sonra yenidən ölkəsində oynamaq şansı qazanıb.

 

Qeyd edək ki, "Oser"in yetirməsi olan Sanoqo 2009-2013-cü illər aralığında məhz doğma klubunda forma geyinib. 2013-cü ildə isə "Arsenal" onu rənglərinə bağlayıb. Lakin London təmsilçisi 2015 və 2016-cı illərdə onu "Kristal Pelas", "Ayaks" və "Çarlton Atletik"ə icarəyə verib.

 

Sanoqo Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında forma geyinsə də, əsas millidə çıxış etməyib.

Xəbər xətti