"Mançester Yunayted"in kapitanı Ueyn Runi komandadan ayrılıb.
Sportal.az xəbər verir ki, təcrübəli forvard karyerasını yetirməsi olduğu "Everton"da davam etdirəcək. Liverpul təmsilçisinin rəsmi saytından yayılan məlumata görə, İngiltərə millisinin üzvü ilə 2 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Runi 2004-cü ildə "Everton"dan "Mançester Yunayted"ə 34 milyon avroya transfer olunmuşdu. O, "qırmızı şetarnlar"ın heyətində meydana çıxdığı 393 matçda 183 qolla yadda qalıb.
saytlarin hazirlanmasi
