"Qalatasaray" futbolçusunu Çexiya klubuna satdı

17:31 - 10 İyul 2017

İstanbulun "Qalatasaray" klubu bir futbolçusu ilə yollarını ayırıb.

 

Sportal.az xəbər verir ki, "sarı-qırmızılar"ın təcrübəli müdafiəçisi Semih Kaya karyerasını ölkə xaricində davam etdirəcək. Belə ki, Türkiyə millisinin üzvü Praqa "Sparta"sı ilə anlaşıb.

 

Çexiya təmsilçisi Semihin transferi üçün "cim bom"a 2 milyon avro ödəyəcək. Futbolçunun özü isə yeni klubunda 1,5 milyon avro qazanacaq. Mərkəz müdafiəçisi yeni klubu ilə 3 illik müqavilə imzalayacaq.

 

Qeyd edək ki, Semih Kaya "Qalatasaray"ın yetirməsidi. O, İstanbul nəhənginin əsas komandasında 2011-ci ildə debüt edib. Bu müddət ərzində 26 yaşlı arxa xətt oyunçusu 140 dəfə "Qalatasaray" forması ilə matça çıxıb.

Xəbər xətti