Məşhur futbolçu 3-cü liqa klubunda

18:14 - 10 İyul 2017

İspaniya millisinin sabiq futbolçusu Daniel Quizanın yeni komandası məlum olub.

 

Sportal.az xəbər verir ki, 36 yaşlı hücumçu İspaniya 3-cü liqasında mübarizə aparan “Atletiko Sanluqueno” ilə anlaşıb. Bu barədə məlumatı klubun rəsmi "twitter" hesabı yayıb.

 

Qeyd edək ki, təcrübəli forvard daha öncə “Malyorka”, “Xetafe”, “Fənərbaxça” kimi komandalarda çıxış edib. O, son olaraq milli komandamızın futbolçusu Eddi İsrafilovun da üzvü olduğu “Kadiz”də oynayıb.

Xəbər xətti