Premyer Liqamızdan gedən daha bir futbolçu Cənubi Koreyaya üz tutdu

10:33 - 11 İyul 2017

Mövsüm başa çatdıqdan sonra "Qəbələ"dən göndərilən Daniel Subotiç özünə yeni iş yeri tapıb. 

 

Sportal.az xəbər verir ki, 28 yaşlı hücumçu karyerasını Cənubi Koreyada davam etdirəcək. İsveçrəli forvard ölkənin yüksək liqasında mübarizə aparan "Ulsan Hyundai" klubu ilə münasibətlərini rəsmiləşdirib.  Subotiç yeni klubu ilə 1 illik sözləşmə imzalayıb. 

 

Qeyd edək ki, Subotiç qış transfer dönəmində "Qəbələ"yə cəlb olunmuşdu. O, "qırmızı-qaralar"ın heyətində keçirdiyi 11 oyunda 3 qolla yadda qalmışdı. 

 

Əlavə edək ki, "Kəpəz"dən ayrılan Dario Federiko Cənubi Koreyanın II Liqasında çıxış edən "Seonqam" klubu ilə 1+1 illik müqavilə bağlamışdı.

Xəbər xətti