"Çelsi"ni "Liverpul"a dəyişdi

14:30 - 11 İyul 2017

"Liverpul" heyətini yeni futbolçu ilə gücləndirib.

 

Sportal.az xəbər verir ki, Premyer Liqa təmsilçisi son çempion "Çelsi"nin hücumçusu Dominik Solankeni heyətinə qatıb. Bu barədə mersisaydlıların rəsmi saytı məlumat yayıb. "Zadəganlar"la müqaviləsinin müddəti başa çatan futbolçu "Liverpul"a azad agent  gəlib. Lakin müqavilənin müddəti və digər detallar barədə açıqlama verilmir.

 

20 yaşlı futbolçu "Liverpul"da 29 nömrəli forma ilə oynayacaq. Solanke 2015/16 mövsümündə Hollandiyanın "Vitess" klubunda icarədə də çıxış edib.

Xəbər xətti