Almaniya Bundesliqa təmsilçisi “Herta” heyətini yeni futbolçuyla gücləndirib.
Sportal.az xəbər verir ki, Berlin təmsilçisi qapıçı Conatan Klinsmannla anlaşıb. Bu barədə məlumatı klubun saytı yayıb.
Conatan Almaniya və ABŞ millilərinin keçmiş baş məşqçisi, bundestimin sabiq hücumçusu Yurgen Klinsmannın oğludu.
Qeyd edək ki, “Ştutqart”ın yetirməsi olan 20 yaşlı futbolçu bunadək Kaliforniya Universitetinin komandasında çıxış edib. O, ABŞ-ın gənclərdən ibarət millisinin də şərəfini qoruyub.
saytlarin hazirlanmasi
