Madrid "Real"ının futbolçusu Xames Rodriqes karyerasını Almaniyada davam etdirəcək.
Sportal.az xəbər verir ki, Kolumbiya millisinin üzvü "Bavariya"ya icarəyə verilib. Münhen təmsilçisinin rəsmi saytının yaydığı məlumata görə, icarə müddəti 2 illik nəzərdə tutulub. İcarə müddəti bitdikdən sonra isə "Bavariya"25 yaşlı yarımmüdafiəçini birdəfəlik transfer edə bilər.
Qeyd edək ki, Xames Rodriqes "Real"a 2014-cü ildə "Monako"dan transfer olmuşdu. O, "kral klubu"nun heyətində meydana çıxdığı 77 qarşılaşmada 28 qol vurub.
