“Yuventus” heyətini yeni futbolçuyla gücləndirib.
Sportal.az xəbər verir ki, Turin təmsilçisi “Bavariya”nın yarımmüdafiəçisi Duqlas Kostanı heyətinə cəlb edib. “Qoca sinyora” braziliyalı yarımmüdafiəçini icarəyə götürüb. Müqaviləyə əsasən, italyanlar icarə müddətinin sonunda 26 yaşlı futbolçunun xidmətindən razı qalacağı təqdirdə, onu transfer etmək hüququna sahib olacaqlar.
Xatırladaq ki, Kosta “Bavariya”ya 2015-ci ildə “Şaxtyor”dan transfer olunub.
saytlarin hazirlanmasi
