"Borussiya" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportal.az xəbər verir ki, dortmundlular digər Bundesliqa klubu olan Münhenqladbax "Borussiya"sının yarımmüdafiəçisi Mahmud Dahudu transfer edib. Klubun rəsmi saytının yaydığı məlumata görə, 21 yaşlı futbolçu ilə 5 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, Almaniya U-21 millisinin üzvü olan gənc yarımmüdafiəçi 2014-cü ildən Münhenqladbax klubunda çıxış edirdi. O, meydana çıxdığı 61 rəsmi matçda 7 qol vurmağı bacarıb.
saytlarin hazirlanmasi
