“Atletiko” heyətinə yeni oyunçu cəlb edib.
Sportal.az xəbər verir ki, madridlilər “Sevilya”nın hücumçusu Vitolonu transfer edib. 27 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Vitolo gələn ilin yanvar ayından - "Atletiko"nun transfer qadağası başa çatandan sonra komandada çıxış edəcək. O, bu müddətdə icarə əsasında "Las Palmas"da oynayacaq.
Qeyd edək ki, “Las Palmas”ın yetirməsi olan futbolçu İspaniya millisinin də üzvüdür.
saytlarin hazirlanmasi
