"Mançester Yunayted" gələcəyinə böyük ümidlər bəslədiyi Adnan Yanuzayla yolları ayırıb.
Sportal.az xəbər verir ki, ondan gözlənilən ümidləri doğrultmayan gənc futbolçu bundan sonra La Liqada çıxış edəcək. Belçikalı hücumçu "Real Sosyedad"la 5 illik müqavilə imzalayıb. 22 yaşlı futbolçunun keçidi üçün İspaniya təmsilçisi "qırmızı şeytanlar"a 10 milyon avro ödəyib.
Qeyd edək ki, "Mançester Yunayted"in yetirməsi olan Yanuzay Almanyanın "Borussiya" (Dortmund) və İngiltərənin "Sanderlend" klublarında da icarə əsasında oynayıb. Belçikalı vinger geridə qalan mövsümdə "Sanderlend"in heyətində 28 oyun keçirib, 1 qol vurub.
saytlarin hazirlanmasi
