UEFA-dan "Qarabağ"a 4 milyon avro vəsait

14:55 - 24 Sentyabr 2018

UEFA “Qarabağ”a maliyyə vəsaiti ayırıb. 

 

Sportal.az xəbər verir ki, Ağdam klubunun Avropa Liqasında iştirakı və son 10 ildə performansına görə Avropa futbol qurumu tərəfindən ayrılmış 4 milyon 35 min 740 avro maliyyə vəsaiti AFFA-nın vasitəçiliyi ilə “Qarabağ” klubunun hesabına köçürülüb.

 

Avropa Liqasinda iştirakı üçün (48 kluba bu məbləğ ayrılıb) – 2 milyon 750 min avro, əmsalların sıralamasına əsasən, “Qarabağ” klubunun son 10 ildə performansına görə 1 milyon 285 min 740 avro klubun hesabına köçürülüb.

Xəbər xətti