Bu da son: "Sumqayıt" "Kapital Bank Arena"ya qayıdır

15:38 - 27 Noyabr 2018

Nəhayət, “Sumqayıt”ın doğma meydan həsrəti bitir. Mövsüm başlandıqdan didərgin kimi gəzən “Sumqayıt” XIII turda evinə dönür. 

 

Sportal.az saytının məlumatına görə, “Kapital Bank Arena”da təmir işləri artıq yekunlaşıb. Stadion artıq rəqibləri qəbul etmək üçün hazırdır. Odur ki, TPL-də XIII turun “Sumqayıt” – “Səbail” görüşü “Kapital Bank Arena”da baş tutacaq. Oyunun başlanma vaxtı ilə bağlı dəqiq məlumat yoxdur. 

 

Qeyd edək ki, “Kapital Bank Arena” təmirdə  olarkən “Sumqayıt” oyunlarını “Dalğa arena”, “Bayıl arena” kimi stadionlarda keçirib. 

Xəbər xətti