İspaniya Sequndasında 21-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, millimizin üzvü Eddi İsrafilovun formasını geyindiyi “Alkorkon” evdə “Almeriya” ilə 0:0 hesablı heç-heçə edib.
İsrafilov start heyətdə meydana çıxıb və sonadək oynayıb. 26 yaşlı yarımmüdafiəçi 81-ci dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.
"Alkorkon" 35 xalla 5-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi