Aqolli: "Bu an "Tirana"nı yox, ancaq "Qarabağ"ı düşünürəm"

11:33 - 15 Yanvar 2019

"Qarabağ"ın legioneri Ansi Aqolli mövsümün sonunda Albaniyanın "Tirana" klubuna qayıdacağı ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, 36 yaşlı müdafiəçi "newsport.al" saytına açıqlamasında yayılan dedi-qoduları təkzib edib: "Mən "Qarabağ"ın futbolçusuyam. Yayılan xəbərlər doğru deyil. Buradan ayrılıb vətənə qayıdacağımı fan səhifələrdən biri yazıb. Bu, gerçək xəbər deyil. Bu an "Tirana"nı yox, ancaq "Qarabağ"ı düşünürəm".

 

Qeyd edək ki, Albaniya millisinin üzvü 2010-cu ildən "Qarabağ"da çıxış edir.

Xəbər xətti