"Keşlə" rəhbərliyi Tərlan Əhmədovla bağlı qərar verdi

14:09 - 8 Aprel 2019

"Keşlə" rəhbərliyi Azərbaycan Premyer Liqasının XXIII turunda səfərdə "Sumqayıt"a məğlubiyyətdən sonra istefa verən baş məşqçi Tərlan Əhmədovla bağlı qərar verib.  

 

Sportal.az Futbol11.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis postundan ayrılmayacaq. Bu barədə qərar klubun Müşahidə Şurasının rəhbəri Zaur Axundovla bağlı görüşdən sonra qəbul olub. Rəhbərlik 47 yaşlı mütəxəssisə güvəndiyini və klubu çətin vəziyyətdən çıxaracağına inandığını bildirib.  

 

Qeyd edək ki, "Keşlə" Azərbaycan Premyer Liqasının sonuncu pilləsində qərarlaşıb.  

Xəbər xətti